Azərbaycan Yüksək Liqası: “Azərreyl” “Gənclər”ə, “Abşeron” birlikdə “Gəncə”yə qalib gəlib - YENİLƏNİB

15 Yanvar 2026 21:13
185
Azərbaycan Yüksək Liqası: “Azərreyl” “Gənclər”ə, “Abşeron” birlikdə “Gəncə”yə qalib gəlib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında doqquzuncu turun növbəti matçları keçirilib.

İdman.Biz-in məlumatına görə, iki qarşılaşmanın baş tutduğu oyun günündə “Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.

“Abşeron” kollektivi isə “Gəncə”ni 3:2 hesabı ilə üstələyib.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

09:12

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında doqquzuncu turun növbəti matçları keçiriləcək.

İdman.Biz xəbər verir ki, iki görüş baş tutacaq.

Saat 16:00-da “Azərreyl” “Gənclər”lə qarşılaşacaq. 18:00-da isə “Abşeron” ilə “Gəncə” üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

İdman.Biz