Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutacaq.
“Abşeron” komandası “Gənclər”lə, “Azərreyl” isə “Turan”la münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək görüşlərin start fiti müvafiq olaraq saat 16:00 və 18:00-da səslənəcək.
Qeyd edək ki, ötən gün “DH Volley” UNEC-i (3:0), “Milli Aviasiya Akademiyası” “Gəncə”ni (3:2) məğlub edib.
