Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları olub.
İdman.Biz bildirir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyunda “Xilasedici” “Ordu”nu 3:0 (25:19, 25:16, 25:23) hesabı ilə məğlub edib.
FHN-nin idman zalında keçirilən digər matçda “Murov Az Terminal” “Neftçi”yə 2:3 (23:25, 25:22, 25:18, 23:25, 11:15) uduzub.
“Gənclər” isə “Azerreyl”ə məğlub olub - 0:3 (16:25, 17:25, 21:25). Qarşılaşma Abşeron Olimpiya İdman Kompleksində baş tutub.
