Azərbaycanı avrokuboklarda təmsil etməyə hazırlaşan “Turan” Voleybol Klubu İtaliyada təlim-məşq toplanışını uğurla davam etdirir.
İdman.Biz xəbər verir ki, klubun əsas məqsədi qarşıdakı mövsümə və nüfuzlu CEV Çempionlar Liqası yarışına ən yüksək səviyyədə hazırlaşmaqdır.
İtaliya toplanışı çərçivəsində komanda yalnız məşqlərlə kifayətlənməyəcək. Kollektiv heyətin gücünü yoxlamaq və taktiki gedişləri sınaqdan keçirmək üçün bir neçə yoldaşlıq görüşü keçirməyi də planlaşdırır.
