17 yaşlı voleybolçu “Murov Az Terminal”la müqavilə bağladı

16 Sentyabr 2026 16:23
108
17 yaşlı voleybolçu “Murov Az Terminal”la müqavilə bağladı

Ayan Məmmədova “Murov Az Terminal” voleybol klubunun heyətinə qoşulub.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı libero ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.

Qeyd edək ki, Ayan Məmmədova 26 fevral 2009-cu ildə Şirvanda anadan olub. 17 yaşlı voleybolçunun boyu 174 sm-dir. O, daha əvvəl Azərbaycan U-18 yığmasına cəlb olunub. Məmmədova 2025-ci ilin noyabrında Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Zonası Voleybol Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycan millisinin heyətində yer alıb. Sözügedən turnir eyni zamanda 2026-cı il Avropa çempionatının U-18 qızlar arasında seçmə mərhələsi olub.

İdman.Biz