“Gəncə” milli komandanın voleybolçuları ilə görüşüb

14 Sentyabr 2026 15:44
85
“Gəncə” milli komandanın voleybolçuları ilə görüşüb

“Gəncə” voleybol klubunun rəhbərliyi Avropa çempionatında Azərbaycan millisinin heyətində çıxış edən Nərminə Musayeva və Ülkər Kərimova ilə görüşüb.

İdman.Biz xəbər verir ki, görüşdə voleybolçuların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmələri və milli komandanın uğurlarına verdikləri töhfə yüksək qiymətləndirilib.

Klubun prezidenti Elvar Osmanov idmançılara göstərdikləri əzm və peşəkarlığa görə təşəkkürünü bildirib. O, Nərminə Musayeva və Ülkər Kərimovaya “Təşəkkürnamə” təqdim edib.

Elvar Osmanov voleybolçulara yeni mövsümdə uğurlar arzulayıb və onların həm milli komandada, həm də “Gəncə”nin heyətində yeni nailiyyətlər qazanacaqlarına inamını ifadə edib.

İdman.Biz