Azərbaycanda yeni voleybol klubu yaradıldı - ÖZƏL + FOTO

15 Sentyabr 2026 12:41
203
Azərbaycanda yeni voleybol klubu yaradıldı - ÖZƏL + FOTO

Azərbaycanda yeni qadın voleybol klubu yaradılıb.

İdman.Biz-in məlumatına görə, komanda “Azərmaş Abşeron” adlanacaq və fəaliyyətini dayandıran “Abşeron”un yerini tutacaq.

Azərbaycan millisinin sabiq rəhbəri, komandanın baş məşqçisi Eldar Yusubov İdman.Biz-ə açıqlamasında xəbəri təsdiqləyib. Klubun prezidenti “Azərmaş”ın rəhbəri Emin Axundovdur.

Hazırda heyətin formalaşdırılması istiqamətində seleksiya işləri aparılır. Komanda ev oyunlarını GİN Voleybol Mərkəzində keçirəcək.

Qeyd edək ki, 21 yanvar 2025-ci ildə AFFA ilə “Azərmaş” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İdman.Biz