Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci tura start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
“DH Volley” komandası səfərdə UNEC ilə üz-üzə gələcək, “Gəncə” isə “Milli Aviasiya Akademiyası”nın meydanında mübarizə aparacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.
Görüşlər müvafiq olaraq UNEC və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında 17-ci tura martın 12-də yekun vurulacaq.
