Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı açıqlanıb - FOTO

12 Mart 2026 15:08
90
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı açıqlanıb - FOTO

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın və kişi voleybolçuların Yüksək Liqasında çıxış edən komandaların menecerləri ilə görüş keçirilib.

İdman.Biz xəbər verir ki, görüşdə Azərbaycan Voleybol Federasiyasının İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov və federasiyanın meneceri Yelena Parxomenko iştirak ediblər.

İclas zamanı Yüksək Liqanın pley-off mərhələsi ilə bağlı məsələlər müzakirə olunub, klublara ətraflı məlumat verilib. Oyunların keçirilmə tarixləri, komandalar üçün nəzərdə tutulan məşq proqramları və digər təşkilati məsələlər diqqətə çatdırılıb.

Bildirilib ki, qadın komandaları pley-off mərhələsinin oyunlarına martın 27-də, kişi komandaları isə aprelin 6-da start verəcəklər. Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 18-19 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, pley-off və yarımfinal oyunları iki oyundan (ev-səfər) ibarət olacaq. 2 oyunun nəticəsində komandaların qələbələri bərabər olarsa qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə 1 oyun olacaq.

İdman.Biz