Azərbaycanı avrokuboklarda neçə voleybol klubu təmsil edəcək? - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

5 May 2026 15:47
157
Azərbaycanı avrokuboklarda neçə voleybol klubu təmsil edəcək? - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanı voleybol üzrə avrokuboklarda təmsil edəcək komandaların sayının nə vaxt müəyyənləşəcəyi məlum olub.

İdman.Biz-in sorğusuna cavab olaraq Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, bu məlumat iyunun ortalarında - Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ölkəyə verilən kvotaların sayı müəyyən edildikdən sonra açıqlanacaq.

Federasiyadan əlavə ediblər ki, 2025/2026 mövsümünün Azərbaycan çempionları avrokuboklarda çıxış edə bilər, lakin bu, ilk növbədə klubların öz imkanlarından asılıdır.

Bundan əvvəl kişi Yüksək Liqasının hazırkı çempionu - “Xilasedici” komandasının baş məşqçisi Cəlil Cəlilov kollektivinin Çempionlar Liqasında çıxış etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Avropa klub voleybolunda CEV-in bayrağı altında üç əsas turnir keçirilir: CEV Çempionlar Liqası, CEV Kuboku və CEV Çağırış Kuboku.

Xatırladaq ki, 2025/2026 mövsümündə Azərbaycanı avrokuboklarda iki kişi komandası təmsil edib: “Azərreyl” və “Xilasedici”. Cəlilovun yetirmələri Çağırış Kubokunun 1/16 finalına qədər yüksəlib, “Azərreyl” isə təsnifat mərhələlərində iki dəfə məğlub olub: əvvəlcə Çempionlar Liqasında, sonra isə CEV Kubokunda.

İdman.Biz
Məqalədə: