Rusiyada sarı-göy rəngli posterə görə voleybol matçına giriş qadağan edilib - FOTO

30 Aprel 2026 15:48
136
Rusiyada sarı-göy rəngli posterə görə voleybol matçına giriş qadağan edilib - FOTO

Rusiyanın Novosibirsk şəhərində voleybol üzrə Superliqa matçına gələn azyaşlı qız və onun valideynləri tribunaya buraxılmayıb.

İdman.Biz xəbər verir ki, hadisəyə səbəb qızın əlindəki sarı-göy rəngli top təsvir olunan poster olub.

Nəzarətçilər həmin rəsmdə Ukrayna bayrağına oxşarlıq olduğunu bildirərək ailənin arenaya girişinə icazə verməyiblər.

Daha sonra tribunaya daxil olmaq üçün qızın atası plakatdakı topu qara markerlə rəngləməyə məcbur qalıb.

İdman.Biz
Məqalədə: