“Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olan “Xilasedici” klubu baş məşqçi və bir neçə oyunçusu ilə müqavilənin müddətini uzadıb”.
Bu barədə “Xilasedici” klubunun meneceri Onat Kurt deyib.
“Bizi çempion edən baş məşqçi Cəlil Cəlilov növbəti ildə də komandanın başında olacaq. Voleybolçulardan Qustavo Almora, Luis Enrike Reyes, Dauda Yakubu, Vüqar Bayramov və Asif Əliyevlə də sözləşmə uzadılıb”, - deyə funksioner AZƏRTAC-a açıqlamasında bildirib.
O, 2-3 transfer edəcəklərini də qeyd edib.
Qeyd edək ki, “Xilasedici” finalda “Ordu”nu məğlub edərək qızıl medalların sahibi olub.
