Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 1 seminarı iyulun 1-dən 5-dək Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən keçiriləcək.
Seminara FIVB-nin məşqçi-instruktoru, serbiyalı mütəxəssis Dejan Vulicevic rəhbərlik edəcək.
Təşkilatçıların məlumatına görə, FIVB-nin müəyyən etdiyi qaydalara əsasən seminarda yalnız yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən məşqçilər iştirak edə bilərlər.
Namizədlərdən ingilis dili biliyi tələb olunur. Bununla yanaşı, onların sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları da əsas meyarlar sırasındadır.
