Azərbaycanda 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb - FOTO

5 May 2026 14:08
130
Azərbaycanda 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb - FOTO

Azərbaycanda seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində başlayıb.

Bir ay davam edəcək toplanışa ümumilikdə 16 idmançı cəlb olunub. Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir.

Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq proqramına uyğun olaraq, həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir.

İdman.Biz