Azərbaycanın kişi voleybol millisi Avropa Liqası üçün hazırlıq prosesinə start verib - FOTO

5 May 2026 21:00
109
Azərbaycanın kişi voleybol millisi Avropa Liqası üçün hazırlıq prosesinə start verib

Bu gün kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıqlara start verib.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman nazirliyinin Voleybol Mərkəzində təlim-məşq prosesi keçən komandamızın heyətinə 17 idmançı cəlb olunub. Yığmamız Avropa Liqasında yeni baş məşqçi təyin olunmuş Boris Qrebennikovun rəhbərliyi ilə mübarizə aparacaq.

Hazırlıq proqramına əsasən, milli komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

İdman.Biz