Azərbaycanın qadın voleybol millisi Avropa Liqası üçün hazırlıq prosesinə start verib - FOTO

5 May 2026 17:20
112
Azərbaycanın qadın voleybol millisi Avropa Liqası üçün hazırlıq prosesinə start verib - FOTO

Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasının hazırlığına start verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən komanda bu gündən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komanda Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-də Bakıda baş tutacaq.

İdman.Biz
Məqalədə: