Azərbaycan Yüksək Liqası: “Abşeron” “Azərreyl”lə qalib gəlib - YENİLƏNİB

5 Dekabr 2025 20:44
174
Azərbaycan Yüksək Liqası: “Abşeron” “Azərreyl”lə qalib gəlib - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulub

İdman.Biz xəbər verir ki, turun son matçında “Abşeron” “Azərreyl”lə üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüş “Abşeron”un 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “DH Volley” – “Gənclər”i (3:0), “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”lı (3:0), “Turan” isə UNEC-i (3:0) məğlub edib.

11:12

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turuna yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son oyun günündə “Abşeron” “Azərreyl” ilə qarşılaşacaq.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “DH Volley” - “Gənclər”i (3:0), “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”lı (3:0), “Turan” isə UNEC-i (3:0) məğlub edib.

İdman.Biz