Pirallahıda triatlon yarışı başa çatıb - FOTO

Xəbərlər
26 May 2024 22:04
133
Pirallahıda triatlon yarışı başa çatıb - FOTO

Pirallahıda “IronWinD 113” - Cənubi Qafqazda növbəti ən uzun triatlon yarışı başa çatıb.

İdman.biz xəbər verir ki, beynəlxalq turnirdə həm fərdi, həm də estafet (komanda) şəklində mübarizə təşkil olunub.

İştirakçılar 1,9 km üzüb, 90 km velosiped sürüb, 21,1 km qaçıblar.

Mütləq kateqoriya
Qadınlar

1. Valentina Kurkus
2. Miçell Naql
3. Sofya Krivetskaya

Kişilər
1. Denis Vasilyev
2. Aleksey Vşivtsev
3. Oleksandr Mordasov

Qaliblərinə medalları Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev təqdim ediblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Feferasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Triterra Baku Triatlon klubunun təşkilatçılığı ilə baş tutan turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya, BƏƏ, Ukrayna, İrlandiya, Gürcüstan kimi ölkələrdən ümumilikdə 200 idmançı gücünü sınayıb.

İdman.biz