Tennis məşqçilərinə akkreditasiya sertifikatları təqdim olunub - FOTO

1 Avqust 2026 12:30
110
Tennis məşqçilərinə akkreditasiya sertifikatları təqdim olunub - FOTO

Azərbaycan Tennis və Padel Federasiyasının məşqçilərin akkreditasiyası proqramının birinci modulunu uğurla başa vuran yerli tennis məşqçilərinə sertifikatlar təqdim edilib.

İdman.Biz xəbər verir ki, sertifikatlar proqramın ilk modulunda iştirak edən məşqçilərə "Milli Səviyyəli Akkreditə olunmuş məşqçi", "Akkreditə olunmuş məşqçi" və "Şərti Akkreditə olunmuş məşqçi" kateqoriyaları üzrə Azərbaycan Tennis və Padel Federasiyasının Nəzarət-Təftiş Komissiyasının üzvü Azər İsmayılov tərəfindən təqdim olunub.

Qeyd edək ki, məşqçilərin akkreditasiyası proqramı ümumilikdə altı moduldan ibarətdir. Birinci mərhələ artıq yekunlaşıb və növbəti modullar mərhələli şəkildə həyata keçiriləcək. Proqramın sonunda iştirakçılar beynəlxalq standartlara uyğun peşəkar hazırlıq səviyyəsinə yiyələnəcəklər.

Bildirilib ki, proqramın əsas məqsədi ölkədə tennis məşqçiliyinin keyfiyyətini yüksəltmək, vahid peşəkar standartların formalaşdırılmasını təmin etmək, məşqçilərin müasir metodologiyalar və beynəlxalq təcrübə əsasında inkişafını dəstəkləmək, eləcə də gənc idmançıların hazırlıq səviyyəsini artırmaqdır.

İdman.Biz