Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tennisçilər arasında yeni dünya reytinqini açıqlayıb.
İdman.Biz xəbər verir ki, sıralamada ilk pillədə italiyalı Yannik Sinner qərarlaşıb. Almaniyalı Aleksandr Zverev ikinci, ispaniyalı Karlos Alkaras isə üçüncü yeri tutur.
Novak Cokoviç reytinqdə iki pillə irəliləyərək 5-ci sıraya yüksəlib.
Siyahının ilk onluğuna düşən idmançıların adlarını təqdim edirik:
1. Yannik Sinner (İtaliya) – 13 450 xal
2. Aleksandr Zverev (Almaniya) – 8 480 xal
3. Karlos Alkaras (İspaniya) – 8 160 xal
4. Feliks Oje-Alyassim (Kanada) – 4 740 xal
5. Novak Cokoviç (Serbiya) – 3 760 xal
6. Aleks de Minaur (Avstraliya) – 3 660 xal
7. Daniil Medvedev (Rusiya) – 3 620 xal
8. Ben Şelton (ABŞ) – 3 580 xal
9. Flavio Kobolli (İtaliya) – 3 420 xal
10. Teylor Fritz (ABŞ) – 3 300 xal
