Dünyanın bir nömrəli italiyalı tennisçisi Yannik Sinner serbiyalı Novak Cokoviçi (reytinqdə səkkizinci) 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək Uimbldon turnirinin finalına yüksəlib.
İdman.Biz bildirir ki, tennisçilər kortda 2 saat 21 dəqiqə vaxt keçiriblər.
Yannik Sinner 2026-cı il Uimbldon finalında almaniyalı tennisçi Aleksandr Zverevlə qarşılaşacaq.
“Uimbldon 2026” 29 iyun - 12 iyul tarixləri arasında keçirilir. Hazırkı çempion Yannik Sinnerdir.
