Linda Noskova Uimbldon turnirinin qalibi olub

11 İyul 2026 23:14
84
Linda Noskova Uimbldon turnirinin qalibi olub

Dünyanın 12-ci raketkası çex tennisçisi Linda Noskova Uimbldon turnirində qadınlar arasında çempion olub.

İdman.Biz xəbər verir ki, o, finalda həmyerlisi, dünya reytinqində doqquzuncu yerdə qərarlaşan Karolina Muxovanı məğlub edib.

Qarşılaşma 6:2, 5:7, 6:3 hesabı ilə başa çatıb.

Uimbldondakı qələbə 21 yaşlı çex idmançısı üçün Böyük Dəbilqə turnirində ilk qalibiyyət olub.

İdman.Biz