Sinner, Alkaras və Cokoviç Ər-Riyadda yarışacaq - heyət açıqlandı

29 İyul 2026 12:43
120
Sinner, Alkaras və Cokoviç Ər-Riyadda yarışacaq - heyət açıqlandı

İtaliya tennisçisi Yannik Sinner, ispaniyalı Karlos Alkaras və serbiyalı Novak Cokoviç 2026-cı ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək “Six Kings Slam” turnirində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, nümayiş xarakterli yarışın yekun iştirakçı siyahısı açıqlanıb.

Turnir 21, 22 və 24 oktyabrda keçiriləcək. Yarış rəsmi ATP (Association of Tennis Professionals - Peşəkar Tennisçilər Assosiasiyası) turniri olmasa da, dünyanın aparıcı tennisçilərinin iştirakı ilə diqqət çəkir.

Sinner, Alkaras və Cokoviçlə yanaşı, Almaniya tennisçisi Aleksandr Zverev, avstraliyalı Aleks de Minaur və ABŞ-li Teylor Frits də Ər-Riyadda korta çıxacaqlar.

“Six Kings Slam” “Riyadh Season” çərçivəsində keçiriləcək.

İdman.Biz