Serena Uilyams karyerasını bərpa etdikdən sonra ilk qələbəsini qazanıb

9 İyun 2026 23:38
101
Serena Uilyams karyerasını bərpa etdikdən sonra ilk qələbəsini qazanıb

23-qat “Böyük Dəbilqə” çempionu, amerikalı Serena Uilyams və kanadalı Viktoriya Mboko dueti Londonda keçirilən WTA-500 turnirinin ikinci raunduna yüksəliblər.

İdman.Biz bildirir ki, onlar ilk görüşlərində Nikol Melişar-Martinez (ABŞ) və Erin Rutliffe (Yeni Zelandiya) üzərində qələbə qazanıblar. Bu, Uilyamsın karyerasını bərpa etdikdən sonra ilk qələbəsidir.

Qarşılaşma 1 saat 32 dəqiqə davam edib və 7:6 (7:2), 6:2 hesabı ilə başa çatıb.

Uilyams/Mboko növbəti görüşündə Leyla Fernandes/Laura Zigemund və Aleksandra Panova/Demi Shurs cütlüklərinin qalibləri ilə qarşılaşacaq.

Serena Uilyams 2022-ci ildə karyerasını başa vurmuşdu və bu yaxınlarda karyerasını bərpa edib.

İdman.Biz