Yannik Sinner xəstəxanaya düşüb - mənbə

8 İyun 2026 21:13
93
Yannik Sinner xəstəxanaya düşüb - mənbə

İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, dünya bir nömrəli tennisçi Yannik Sinner Milanın 2San Raffaele” xəstəxanasındadır və əlavə müayinələr üçün sabah geri qayıda bilər.

İdman.Biz bildirir ki, Sinner çərşənbə günü Monte Karloda məşqlərinə davam edəcək və Uimbldon ərəfəsində ot örtüyü turnirlərində iştirak etməyəcək.

“Rolan Qarros 2026”da ikinci raunddan ayrıldıqdan sonra Sinner bir sıra dərin müayinələr və tibbi testlərdən keçmək üçün Turinin “Yuventus” futbol klubunun stadionunda yerləşən “J Medical” klinikasına baş çəkib.

Xatırladaq ki, “Rolan Qarros 2026”da ikinci raund matçında italyan tennisçinin səhhəti isti hava səbəbindən xeyli pisləşib və bu da dünya reytinqində 56-cı yerdə olan Xuan Manuel Serundoloya 6:3, 6:2, 5:7, 1:6, 1:6 hesabı ilə gözlənilmədən uduzmasına səbəb olub.

İdman.Biz
Məqalədə: