ABŞ-li tennisçi Serena Uilyams yenidən korta çıxmasının səbəbindən danışıb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, 23 qat "Böyük Dəbilqə" turnirlərinin qalibi "WTA 500" turniri çərçivəsində Londonda cütlüklərin yarışında iştirak edəcək.
2022-ci ildə ABŞ Açıq çempionatından sonra rəsmi oyun keçirməyən Uilyams qayıdışının əsas səbəbinin övladları olduğunu bildirib.
"İstəyirəm ki, uşaqlarım mənim necə oynadığımı görsünlər. Olimpiya artıq bir qədər böyüyüb, Adira isə hələ çox balacadır. Eyni zamanda bunu son dəfə etmək imkanı əldə etmək də çox gözəl və həyəcanvericidir", – deyə tennisçi vurğulayıb.
Serena Uilyams gələcəkdə təkbətək yarışlara qayıtmaq ehtimalını da istisna etməyib.
