Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəli raketkası, belaruslu Arina Sabalenka “Rolan Qarros” turnirinin dörddəbir finalında məğlub olduqdan sonra hisslərini bölüşüb.
İdman.Biz bildirir ki, Sabalenka rusiyalı Diana Şnayderə məğlub olub.
“Heç bir düşüncəm, heç bir emosiyam yoxdur. Elə indi tennisdən getmək istəyirəm. Bir neçə gündən sonra normal həyata qayıdıb-qayıtmadığımı görəcəyik”, - deyə Sabalenka mətbuat konfransında bildirib.
2026-cı il Fransa Açıq Çempionatı 24 may - 6 iyun tarixləri arasında keçirilir. Hazırkı çempion amerikalı tennisçi Kori Qauffdur. O, ötən ilki finalda Arina Sabalenkanı məğlub edib.
