Sabalenkadan kortda şou: Osakanı uddu, “moonwalk” etdi - VİDEO

2 İyun 2026 13:14
73
Sabalenkadan kortda şou: Osakanı uddu, “moonwalk” etdi - VİDEO

Belaruslu tennisçi Arina Sabalenka “Roland Qarros” turnirində yaponiyalı Naomi Osakanı məğlub edərək 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, dünyanın bir nömrəli raketkası görüşdən sonra kortda azarkeşlər üçün qısa şou göstərib.

Sabalenka Osakaya 7:5, 6:3 hesabı ilə qalib gəlib. O, qələbədən sonra Filipp Şatrye kortunda Maykl Ceksonun məşhur “moonwalk” rəqsini yerinə yetirib.

Bu nəticə ilə Sabalenka “Roland Qarros”da 1/4 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı Diana Şnayder olacaq.

İdman.Biz