İspaniyalı tennisçi Rafael Jodar “Rolan Qarros”da topdaşıyan qızla bağlı epizoda görə sosial şəbəkələrdə sərt tənqidlərin hədəfinə çevrilib.
İdman.Biz xəbər verir ki, hadisə onun ABŞ təmsilçisi Aleks Mişelsenə qarşı keçirdiyi üçüncü mərhələ matçından sonra gündəmə gəlib. Yayılan qısa videoda Jodar meydançadan kənara doğru hərəkət edərkən topdaşıyan qızı itələdiyi və onun müvazinətini itirdiyi görünür.
Jodar isə ittihamları rədd edib. 19 yaşlı tennisçi topdaşıyan qıza toxunmadığını və belə hərəkət etməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, epizod yanlış bucaqdan görünüb və qız meydançadakı örtüyə ilişərək müvazinətini itirib. Amma onun qızı itələdiyi və bundan sonra meydançadakı örtüyə ilişərək müvazinətini itirdiyi açıq görünür.
Qeyd edək ki, Jodar həmin görüşdə Mişelseni beş setlik mübarizədən sonra məğlub edərək “Rolan Qarros”da dördüncü mərhələyə yüksəlib.
