Sinner “Rolan Qarros”un ikinci turunda gözlənilmədən məğlub olub

28 May 2026 18:44
157
Sinner “Rolan Qarros”un ikinci turunda gözlənilmədən məğlub olub

Dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner “Rolan Qarros-2026”nın üçüncü turuna çıxa bilməyib.

İdman.Biz bildirir ki, o, ikinci turda argentinalı Xuan Manuel Serundoloya (reytinqdə 56-cı) 6:3, 6:2, 5:7, 1:6, 1:6 hesabı ilə uduzub.

Görüşüşün üçüncü setində Sinner fizioterapevti meydana çağırıb; italiyalı idmançı qıcolma, ürəkbulanma və ümumi halsızlıqdan əziyyət çəkib.

Tennisçilər meydanda 3 saat 31 dəqiqə keçiriblər.

Turnirin üçüncü turunda Xuan Manuel Serundolo ispaniyalı Martin Landalus və çexiyalı Vit Kopriva arasında qarşılaşmanın qalibi ilə qarşılaşacaq.

İdman.Biz