Serbiyalı tennisçi Novak Cokoviç “Rolan Qarros”da daha bir rekorda sahib çıxıb.
İdman.Biz xəbər verir ki, 24 qat “Böyük dəbilqə” çempionu Paris turnirində 120-ci matçına çıxıb. Bununla da o, eyni “Böyük dəbilqə” turnirində ən çox oyun keçirən tennisçi olub.
Əvvəlki göstərici isveçrəli Rocer Federerə məxsus idi. Karyerasını 2022-ci ildə başa vuran əfsanəvi tennisçi “Uimbldon”da 119 matç keçirib və səkkiz dəfə Britaniya turnirinin qalibi olub.
Cokoviç bu gün “Rolan Qarros”un ikinci turunda Fransa təmsilçisi Valenten Ruaye ilə qarşılaşıb.
