“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünya reytinqinin lideri Yannik Sinner “Rolan Qarros” öncəsi tennisçilərin təşkil etdiyi etiraz aksiyasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, tennisçilər “Böyük Dəbilqə” turnirlərində mükafat fondunun az olması ilə bağlı narazılıqlarını ifadə etmək məqsədilə media günündə keçirilən mətbuat konfranslarını 15 dəqiqədən sonra tərk etmək qərarı alıblar.
Sinner bildirib ki, bu addım jurnalistlərə qarşı yönəlməyib:
“Düşünürəm ki, bir çox tennisçi belə edir. Bu, jurnalistlərə və ya burada olanlardan kiməsə qarşı deyil. Biz öhdəliklərimizi yerinə yetirməkdən və sualları cavablandırmaqdan məmnunuq. Sadəcə, öz mövqeyimizi ifadə etmək imkanını qorumağa çalışırıq.
Bir ildir suallarımıza hansısa cavabı gözləyirik, buna görə indi nəsə etməyə çalışırıq. Amma bir daha deyirəm — bu, sizə qarşı deyil. Siz burada işinizi görürsünüz, biz də bizdən tələb olunanı edirik”.
