Dünyanın 4-cü raketkası serbiyalı Novak Cokoviç “Rolan Qarros” turnirinin dördüncü turuna vəsiqə qazana bilməyib.
İdman.Biz bildirir ki, o, dünya reytinqində 30-cu yerdə qərarlaşan braziliyalı Joao Fonseka ilə qarşılaşıb. Qarşılaşma 6:4, 6:4, 3:6, 5:7, 5:7 hesabı ilə braziliyalının xeyrinə başa çatıb.
Görüş 4 saat 57 dəqiqə davam edib.
Növbəti turda Joao Fonseka Kasper Ruud və Tommy Pol arasında görüşün qalibi ilə qarşılaşacaq.
