Qazaxıstanlı tennisçi Yelena Rıbakina qadınlar arasında dünya reytinqinin birinci pilləsinə yüksəldikdən sonra həyatında baş verən dəyişikliklərdən danışıb.
İdman.Biz sports.kz nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı idmançı yeni statusunun ona əlavə diqqət qazandırdığını etiraf edib.
“Mənim üçün əslində çox şey dəyişməyib. Bu, sadəcə qarşıma qoyduğum və nail olduğum növbəti məqsəd idi. Əlbəttə, bu, möhtəşəm hissdir. Amma indi qarşıma başqa hədəflər qoymuşam. Artıq hara getsəm, daha çox diqqət çəkirəm. Bu da xoşdur. Hələ çoxdan dünyanın birinci raketkası deyiləm, amma bu dəyişikliyi hiss etməyə başlamışam”, - Rıbakina mətbuat konfransında bildirib.
Qeyd edək ki, qazaxıstanlı tennisçi 2026-cı ildə ABŞ Açıq Çempionatının (US Open) qalibi olduqdan sonra karyerasında ilk dəfə WTA reytinqinin zirvəsinə yüksəlib.
Rıbakina bu gün Yaponiyanın paytaxtı Tokioda keçirilən WTA 500 turnirinin 1/8 final mərhələsində həmyerlisi Yuliya Putintseva ilə qarşılaşacaq. Onun rəqibi dünya reytinqində 67-ci pillədə qərarlaşıb.
