Sinnerlə Alkaras “Monte Karlo Masters” turnirinin finalında qarşılaşacaqlar

11 Aprel 2026 20:35
196
Sinnerlə Alkaras “Monte Karlo Masters” turnirinin finalında qarşılaşacaqlar

Bu gün, 11 apreldə, “Monte Karlo Masters” turniri davam edib. Yarımfinal oyunları keçirilib və finalçılar məlum olub.

Dünyanın 2-ci reytinqində italiyalı Yannik Sinner dünya reytinqində üçüncü yerdə qərarlaşan almaniyalı Aleksandr Zverevi məğlub edib. Matç 6:1, 6:4 hesabı ilə başa çatıb.

Dünya tennisinin hazırkı lideri ispaniyalı Karlos Alkaras dünyada 23-cü yerdə olan monakolu Valentin Vaşeronu 6:4, 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, Karlos Alkaras və Yannik Sinner Monte Karlo Masters finalında üz-üzə gələcəklər. Qarşılaşma sabah, 12 apreldə keçiriləcək.

İdman.Biz