Belaruslu tennisçi, bir nömrəli raketka ustası Arina Sabalenka Almaniyanın Ştutqart şəhərində keçiriləcək WTA-500 kateqoriyalı turnirdə iştirak etməyəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
“Salam, Ştutqart. Bu il “Porsche Tennis Grand Prix” turnirində oynaya bilməyəcəyimi bildirmək mənə çox ağırdır. Mayami turnirindən sonra zədə aldım və vaxtında sağalmaq üçün əlimdən gələni etsəm də, hələ ki, yarışlara hazır deyiləm. Bu möhtəşəm turniri buraxdığım üçün həqiqətən çox təəssüflənirəm”, - deyə Sabalenka bildirib.
Qeyd edək ki, qazaxıstanlı Yelena Rıbakina WTA reytinqindəki mövqeyinə uyğun olaraq turnirdə iki nömrəli favorit kimi çıxış edəcəkdi. Sabalenka isə yarışın bir nömrəli raketka ustası hesab olunurdu.
