Mirra Andreyeva “Rolan Qarros”un qalibi olub

6 İyun 2026 19:32
118
Mirra Andreyeva “Rolan Qarros”un qalibi olub

Dünyanın 8-ci raketkası, rusiyalı Mirra Andreyeva “Rolan Qarros” turnirində qadınların yarışının finalında polyak Maya Xvalinskaya (reytinqdə 114-cü yerdə) 6:3, 6:2 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, tennisçilər kortda 1 saat 23 dəqiqə vaxt keçiriblər.

19 yaşlı Andreyeva karyerasının altıncı titulunu və Böyük Dəbilqə turnirində ilk çempionluq kubokunu qazanıb.

İdman.Biz