Biabırçı məğlubiyyətdən sonra raketkasını sındırdı - VİDEO

8 Aprel 2026 17:45
211
Biabırçı məğlubiyyətdən sonra raketkasını sındırdı - VİDEO

Rusiyalı tennisçi Daniil Medvedev karyerasının ən ağır və sarsıdıcı məğlubiyyətlərindən birini yaşayıb. “Masters” seriyalı Monte-Karlo turnirinin ikinci mərhələsində dünya reytinqində 90-cı pillədə qərarlaşan Matteo Berrettini ilə qarşılaşan Medvedev meydandan “suyu süzülərək” (0:6, 0:6) ayrılıb.

İdman.Biz xəbər verir ki, cəmi 50 dəqiqə davam edən oyunda rusiyalı ulduz bir qeym belə qazana bilməyib. Gərginliyə dözməyən Medvedev oyunun gidişatında raketkasını düz yeddi dəfə ard-arda yerə çırparaq tamamilə yararsız hala salıb. Daha sonra o, parçalanmış raketkanı kortun kənarındakı zibil qutusuna atıb ki, bu anlar azarkeşlərin kinayəli alqışları və kameraların diqqətindən yayınmayıb.

Maraqlıdır ki, bu uğursuzluq Medvedevin mövsümün ilk rübündəki uğurlu çıxışından sonraya təsadüf edir. Belə ki, Daniil ilin ilk aylarında Brisben və Dubayda titullar qazanmış, İndian-Uellsdə finala qədər yüksələrək dünyanın ən yaxşı 10 tennisçisi sırasına qayıtmışdı. Lakin Monte-Karlodakı bu nəticə onun karyerasında ilk belə biabırçı məğlubiyyət kimi tarixə düşüb.

İdman.Biz