Yeddiqat “Böyük Dəbilqə” çempionu və keçmiş dünya birincisi, 45 yaşlı amerikalı tennisçi Venus Uilyams, 37 yaşlı danimarkalı-italyan aktyor Andrea Preti ilə nişanlandığını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, Uilyams şayiələrin qarşısını Preti ilə birlikdə çəkdirdiyi şəkli paylaşaraq alıb.
"Nişanlanmışıq 31.01.2025" - yaşca aktyordan 8 il böyük olan Uilyams şəklin altına yazıb.
Venusun Preti ilə görüşdüyü barədə ilk şayiələr 2024-cü ilin iyul ayının sonlarında, onlar İtaliyada gəzərkən ortaya çıxmışdı.

2025-ci ilin fevral ayında Venusun üzük barmağında brilyant üzük görünüb.

İyul ayında Vaşinqtonda keçirilən turnirdə Uilyams nişanlısından bəhs edərək deyib ki, bu, onu oynamağa davam etməyə ruhlandırır.

