Serena Uilyams: “Sevgi özünü hərəkətlərdə göstərir”

Xəbərlər
28 Noyabr 2025 09:32
18
Serena Uilyams: “Sevgi özünü hərəkətlərdə göstərir”

Dünyanın keçmiş birinci raketkası, amerikalı Serena Uilyams əsl sevgi haqqında düşündüyü bir paylaşım paylaşıb.

İdman.Biz bildirir ki, Serena Uilyams karyerasında 23 “Böyük Dəbilqə” titulunu qazanıb.

“Sevgi hərəkətlərdə özünü göstərir. Kimsə səni sevəndə bunu bir çox cəhətdən göstərir. Kiçik hərəkətlər, böyük jestlər, ən adi davranışlar - amma bunu göstərirlər. Qarşılıq verir. Ehtiyac duyduğunuz zaman yanınızdadır”, - Uilyams şəxsi sosial media səhifəsində yazıb.

Uilyams 2022-ci ildə peşəkar tennisdə karyerasını bitirib. Hazırda 44 yaşı olan Serena iş qadınıdır və iki qız - Olimpiya və Adira Riveri böyüdür.

Uilyams tək və qadın cütlüklərində dördqat Olimpiya çempionudur.

İdman.Biz