Alkaras bu il qazanılan mükafatların məbləğinə görə ATP turuna liderlik edir

Xəbərlər
25 Dekabr 2025 04:10
43
Alkaras bu il qazanılan mükafatların məbləğinə görə ATP turuna liderlik edir

Altıqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, ispan tennisçi Karlos Alkaras 2025-ci il mövsümündə ATP turunda bütün zamanların ən böyük məbləğdə mükafat qazanan idmançısı olub.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Tennis.com saytı yayıb.

2025-ci il mövsümündə Alkaras 21.354.778 dollar qazanıb. İtaliyalı Yannik Sinner mükafatın məbləğinə görə ikinci (19.120.641 dollar), almaniyalı Aleksandr Zverev isə 7.468.230 dollarla üçüncüdür.

2025-ci il mövsümündə aldığı mükafatın məbləğinə görə ən yaxşı 10 tennisçi bunlardır:

1. Karlos Alkaras (İspaniya) – 21.354.778 dollar.
2. Yannik Sinner (İtaliya) – 19.120.641 dollar.
3. Aleksandr Zverev (Almaniya) – 7.468.230 dollar.
4. Aleks de Minor (Avstraliya) – 6,666,087 dollar.
5. Lorenzo Muzetti (İtaliya) – 6,345,640 dollar.
6. Teylor Fritz (ABŞ) – 5 938,539 dollar.
7. Feliks Oje-Alyassim (Kanada) – 5,820,031 dollar.
8. Ben Şelton (ABŞ) – 5,672,734 dollar.
9. Novak Cokoviç (Serbiya) – 5,140,175 dollar.
10. Kasper Ruud (Norveç) – 3,971,374 dollar.

2025-ci il mövsümündə Alkaras iki “Böyük Dəbilqə” titulunu (“Roland Qarros”, US Open) qazanıb və həmçinin Tokio, Sinsinnati, Roma, Rotterdam, Monte Karlo və Londonda keçirilən turnirlərdə qalib gəlib.

İdman.Biz