Vinus Uilyams “Australian Open” üçün xüsusi dəvət alıb

Xəbərlər
2 Yanvar 2026 14:20
50
Vinus Uilyams “Australian Open” üçün xüsusi dəvət alıb

Amerikalı tennisçi Vinus Uilyams “Australian Open” turnirində iştirak etmək üçün “wild card" (təşkilatçıların reytinqə və ya seçim mərhələsinə baxmadan verdiyi xüsusi dəvət) alıb.

İdman.Biz xəbər verir ki, turnirin mətbuat xidmətinə istinadən yayılan məlumata görə, 45 yaşlı idmançı Avstraliya Açıq Çempionatının tarixində ən yaşlı iştirakçı ola və bu göstəricidə yaponiyalı Kimiko Datenin 44 yaşla müəyyən etdiyi rekordu geridə qoya bilər.

Vinus Uilyams beşqat “Uimbldon” çempionu və ikiqat ABŞ Açıq Çempionatının qalibidir. O, həmçinin bacısı Serena ilə birgə cütlüklərdə “Böyük Dəbilqə” turnirlərində 14 titul qazanıb. Uilyams Sidney-2000 Olimpiya Oyunlarında təkli yarışda qızıl medal əldə edib, cütlüklərdə isə Serena ilə birlikdə 2000, 2008 və 2012-ci illərdə daha üç qızıl medal qazanıb.

“Australian Open” turniri 18 yanvar - 1 fevral tarixlərində keçiriləcək.

İdman.Biz