İspaniyalı tennisçi Karlos Alkaras Tokioda keçirilən ATP 500 turnirində yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, dünya tennisinin aparıcı simalarından biri 1/4 finalda kanadalı Denis Şapovalovla qarşılaşıb.
Alkaras ilk seti tay-brekdə 7:6 (7:3) hesabı ilə qazanıb. İkinci setdə hesab 2:1 olarkən Şapovalov zədə səbəbindən görüşü davam etdirə bilməyib və mübarizəni dayandırıb.
Görüşdən sonra Alkaras rəqibinin bu şəkildə turnirdən kənarda qalmasına təəssüfləndiyini bildirib:
“Bu, qalib gəlməyi xoşladığım üsul deyil”.
İspaniyalı tennisçi Şapovalova tezliklə sağalmasını arzulayıb.
Alkaras yarımfinalda həmyerlisi Xaume Munarla qarşılaşacaq. Munar 1/4 finalda fransalı Kirian Jakenı mübarizədən kənarlaşdırıb.
