Sabalenka beşinci dəfə WTA Yekun Turnirinə vəsiqə qazandı

29 Sentyabr 2026 23:09
87
Sabalenka beşinci dəfə WTA Yekun Turnirinə vəsiqə qazandı

Belaruslu tennisçi Arina Sabalenka 2026-cı il WTA Yekun Turnirinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Sabalenka İndian-Uellsdə (Kaliforniya, ABŞ) keçiriləcək yarışın fərdi dərəcədə ikinci iştirakçısı olub. İlk vəsiqəni Qazaxıstan təmsilçisi Yelena Rıbakina əldə edib.

Sentyabrın ortalarında Sabalenka ABŞ Açıq Tennis Çempionatının (US Open) finalında Rıbakinaya məğlub olaraq WTA reytinqində birinci pilləni itirib. Rıbakina qələbədən sonra reytinqə başçılıq edib.

Sabalenka cari mövsümdə Böyük Dəbilqə turnirlərinin finallarında iki dəfə Rıbakinaya uduzub. Belaruslu tennisçi US Open-dən əlavə, Avstraliya Açıq Çempionatının finalında da qazaxıstanlı rəqibinə məğlub olub.

WTA Yekun Turniri noyabrın 8-dən 15-dək İndian-Uellsdə keçiriləcək. Sabalenka ardıcıl beşinci dəfə bu yarışda iştirak edəcək. Turnirin son çempionu isə Rıbakina olub.

İdman.Biz