25 yaşında dünya tennis reytinqində möhtəşəm yüksəliş

11 Oktyabr 2026 15:48
104
25 yaşında dünya tennis reytinqində möhtəşəm yüksəliş

Polşalı tennisçi Maya Xvalinska “Rolan Qarros” turnirindəki çıxışına görə 1,4 milyon avro mükafat qazanıb.

İdman.Biz xəbər verir ki, bu gün 25 yaşı tamam olan idmançı Parisdəki turnirə təsnifat mərhələsindən başlayıb və finala qədər irəliləyib. O, doqquz oyunda qalib gəlib və bu yolda cəmi bir set uduzub. Xvalinska həlledici görüşdə rusiyalı Mirra Andreyevaya məğlub olub.

Polşa mətbuatının yazdığına görə, o, turnirin tarixində təsnifatdan başlayaraq finala çıxan ilk tennisçidir. Bu nəticədən sonra Xvalinska dünya reytinqində 114-cü pillədən 21-ci yerə yüksəlib.

Tennisçi TVN24 kanalına müsahibəsində qazandığı vəsaiti dəbdəbəyə yox, idman inkişafına və ona dəstək olan insanlara yönəltmək istədiyini deyib. Onun sözlərinə görə, bundan sonra yarışlara daha tez-tez iki məşqçi ilə gedə və fizioterapevtin xidmətindən istifadə edə biləcək.

İdman.Biz