Rusiyalı tennisçi Mirra Andreyeva Çinin paytaxtı Pekində keçirilən turnirin 1/4 finalına yüksəlib.
İdman.Biz xəbər verir ki, o, 1/8 finalda ukraynalı Darina Sniquru məğlub edib.
Qarşılaşma 1 saat 2 dəqiqə davam edib və Andreyevanın 6:2, 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra ukraynalı tennisçi rəqibi ilə əl sıxmaqdan imtina edib və torun yanına yaxınlaşmayıb.
Qeyd edək ki, 24 yaşlı ukraynalı tennisçi Darina Sniqur 2019-cu ildə Uimbldonun qızlar arasında yarışının qalibi olub. Onun karyerasında ən diqqətçəkən qələbələrdən biri 2022-ci il ABŞ Açıq Çempionatında keçmiş dünya 1 nömrəsi Simona Halep üzərində qazandığı qələbədir.
