Məşhur kişi tennisçilər birlikdə Maldivlərə yollandı - FOTO

Xəbərlər
24 Noyabr 2025 14:25
19
Məşhur kişi tennisçilər birlikdə Maldivlərə yollandı - FOTO

Dördqat “Böyük Dəbilqə” qalibi, dünya ikincisi italiyalı tennisçi Yannik Sinner və üçqat major finalçısı, dünya üçüncüsü alman tennisçi Aleksandr Zverev birlikdə Maldivlərə istirahətə yollanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə A.Zverev sosial şəbəkə hesabında paylaşım edib.

O, Yannik Sinnerlə olan birgə fotosunu paylaşaraq yazıb: “Görünür, hər kəsin Maldivlər mövsümü başlayıb?”

Məlumata görə, onlar təyyarədə təsadüfən qarşılaşıblar.

Qeyd edək ki, 2025-ci ildə Y.Sinner “Australian Open” və “Uimbldon” da daxil olmaqla iki “Böyük Dəbilqə” turnirini qazanıb, həmçinin “Paris Masters” və “ATP Final” turnirində də qalib olub. A.Zverev isə mövsümdə Münhendəki torpaq səthli “500-lük” turnirdə titul qazanıb.

İdman.Biz