Mariya Şarapova: “İnadkarlıq bir çox qələbələr qazanmağıma kömək edib”

Xəbərlər
23 Noyabr 2025 07:12
22
Mariya Şarapova: “İnadkarlıq bir çox qələbələr qazanmağıma kömək edib”

Beşqat “Böyük Dəbilqə” çempionu və keçmiş dünya birincisi, rusiyalı tennisçi Mariya Şarapova karyerasının sonunda inadkarlığın ona mane olduğunu etiraf edib.

İdman.Biz bildirir ki, Mariya Şarapova 2025-ci ildə Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.

“İnadkarlıq bir çox qələbələr qazanmağıma kömək edən əla bir keyfiyyət idi. Lakin karyeramın sonuna yaxın düşünürəm ki, bu, bir dezavantaj halına gəldi, çünki sağalmaqda, çiynimi bərpa etməkdə çox israrlı idim. Həmçinin bədənimin o qədər də tez sağalmadığı bir yaşda idim. Və buna görə də bir-iki il ərzində bu inadkarlıq həyatımda digər gözəl nəticələr əldə etməyimə mane oldu”, - Şarapova “The David Rubenstein Show” verilişində bildirib.

Mariya 39 WTA titulunu qazanıb. Şarapova 2020-ci ildə karyerasını bitirib.

İdman.Biz