Alkaraa Olimpiadada Nadal ilə çıxışı barədə: “Özümü günahkar hiss edirəm”

Xəbərlər
23 Noyabr 2025 06:18
26
Alkaraa Olimpiadada Nadal ilə çıxışı barədə: “Özümü günahkar hiss edirəm”

Altıqat “Böyük Dəbilqə” çempionu və dünya reytinqində 1-ci yerdə olan ispan tennisçi Karlos Alkaras 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında çıxışı barədə fikirlərini bildirib.

İdman.Biz bildirir ki, o, təkbətək yarışlarda gümüş medal qazanıb və Rafael Nadal ilə cütlük yarışlarının dörddəbir finalında məğlub olub.

“Bu, eyni zamanda çox ağır və kədərli idi. Təkbətək yarışlarda bütün gücümü sərf etdim və Rafa ilə cütlük yarışlarında da oynadım. Özümü toplaya bilmədiyim və medal uğrunda mübarizə apara bilmədiyim üçün günahkar hiss edirəm. Bu, çox ağır an idi.

Paris Olimpiadasında Rafa ilə cütlük yarışında uduzmaq mənim üçün Malaqadakı Devis Kubokundakı məğlubiyyətimizdən daha ağır idi. Parisdəki matçdan sonra çox depressiyaya düşdüm”, - “Tennis World USA” Alkarasdan sitat gətirib.

İdman.Biz