Arina Sabalenka Braziliyadakı tətilindən FOTOLAR paylaşıb

Xəbərlər
22 Noyabr 2025 05:08
26
Arina Sabalenka Braziliyadakı tətilindən FOTOLAR paylaşıb

Dördqat “Böyük Dəbilqə” çempionu və WTA reytinqinin lideri, belaruslu tennisçi Arina Sabalenka şəxsi sosial media səhifəsində foto kolleksiyası paylaşıb.

İdman.Biz bildirir ki, o, sevgilisi Georgios Franqulisin vətəni Braziliyada vaxtını keçirir.

2025-ci ildə Sabalenka “US Open”də, Mayami (ABŞ) və Madriddə (İspaniya) keçirilən ATP-1000 turnirlərində və Brisbendə (Avstraliya) keçirilən ATP-500 yarışında qalib gəlib. O, “Australian Open”, “Rolan Qarros” və WTA Yekun çempionatının finallarında məğlub olub.

WTA Yekun çempionatı Sabalenkanın 2025-ci ildəki son turniri olub. Arina finalda Qazaxıstan tennisçisi Yelena Rıbakinaya 3:6, 6:7 (0:7) hesabı ilə məğlub olub.

İdman.Biz